Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasına bu il qəbul olan 27 tələbə 600-dən çox bal toplayıb

Gömrük Akademiyasına bu il qəbul olan 27 tələbə 600-dən çox bal toplayıb

2020/2021-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsində 4 ixtisas üzrə 154, magistratura səviyyəsində 2 ixtisas üzrə 15 tələbə qəbul olunub.

Bununla da, Akademiyada təhsil alan tələbələrin ümumi sayı bakalavriat üzrə 352, magistratura üzrə 23-ə çatıb.

Bu tədris ilində Akademiyaya qəbul olan 27 tələbə 600-dən çox bal toplayıb. Bunlardan 20 nəfəri "Hüquqşünaslıq", 6 nəfəri "Informasiya təhlükəsizliyi", 1 nəfər isə "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə qəbul olunub. Akademiyaya bu ilki qəbulda ən yüksək balı 659 balla Hüseynzadə Hüseyn Nazim oğlu toplayıb.

Qeyd edək ki, 2020/2021-ci tədris ilində Akademiyaya bakalavriat səviyyəsində qəbul "Hüquqşünaslıq"; "Iqtisadiyyat", "Informasiya təhlükəsizliyi", "Beynəlxalq ticarət və logistika"ixtisasları üzrə, magistratura səviyyəsində "Gömrük işi", " Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisasları üzrə aparılıb.

Xatırladaq ki, Akademiyada "Informasiya təhlükəsizliyi" ixtisasına 2019/2020-ci tədris ilindən başlayaraq qəbul aparılır və qəbul üçün 22 yer ayrılıb. Həmçinin 2020/2021-ci tədris ilindən başlayaraq qəbul aparılan "Beynəlxalq ticarət və logistika" ixtisasına 44 yer ayrılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi